Göy üzündən sirli obyekt uçdu FOTO

Göy üzündən sirli obyekt uçdu FOTO

Yeni Zelandiya sakinləri sosial şəbəkədə yayılan video və fotolar vasitəsilə göydə naməlum obyektin göründüyünün şahidi olublar. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Atəşböcəyi" ölkənin şimalında Koromandel yarımadasının üzərində göydə işıqlanmağa başlayıb.

Yayılan foto şəkillərdən və videodan göydə uzun iz buraxan kometaya bənzər parlaq obyektin yüksək sürətlə uçduğunu görmək mümkündür.

Şahidlərin çəkdiyi fotoşəkillərdə göy cisminin atmosferin sıx təbəqələrində parladığı tədricən parçalandığı da gözdən qaçmır.

Sosial şəbəkə istifadəçilərnin bəziləri görüntülərdə uçan obyektib meteorit parçası və ya kosmik peykin bir hissəsi ola biləcəyi versiyanı təqdim ediblər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə