Milli Məclisin iclasında deputatların “Lotereyalar haqqında” qanundakı son dəyişikliyə etdikləri etiraz nəzərə alınıb. SİA xəbər verir ki, deputatlar qanun layihəsində təklif olunan Tiraj Komissiyasının üzvlərinin sayının 5-dən 3-ə endirilməsinə etiraz etmişdilər. Bu gün sözügedən qanunun üçüncü oxunuşda müzakirəsi zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, deputatların Tiraj komissiyasının üzvlərinin 5 nəfər saxlanılması təklifi qanunverici təşəbbüsü subyekti tərəfindən nəzərə alınıb.
Layihə səsə qoyularaq qəbul edilib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB