Ermənistanın pasport və viza polis bölməsinin mətbuat xidmətinin məlumatına görə, son illər Ermənistan vətəndaşlığından imtina halları kəskin şəkildə çoxalır. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, 2017-ci ildə Ermənistanda 3823 nəfər vətəndaşlıqdan imtina edib.
Bölmənin açıqladığı statistikaya görə, 2016-cı ildə bu rəqəm 3863, 2015-ci ildə isə 2487 olub. Ümumilikdə son 5 ildə 14041 nəfər rəsmi müraciət əsasında Ermənistan vətəndaşlığından imtina edib.
Qeyd edək ki, Ermənistan parlamenti 2017-ci ilin dekabr ayının əvvəlində "Vətəndaşlıq haqqında" qanuna düzəlişlər qəbul edib. Düzəlişlərə görə, başqa ölkələrin vətəndaşları olan erməni uşaqları sadələşdirilmiş şəkildə Ermənistan vətəndaşlığını əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB