Fəlsəfə institutu işçi axtarır

AMEA-nın Fəlsəfə İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edir. AMEA-dan SİA-ya verilən xəbərə görə, vakant yerlər institutun “İdrak nəzəriyyəsi”, “Estetika”, “Multikulturalizm və tolerantlıq fəlsəfəsi” və “Sosiologiya” şöbələrinin müdiri vəzifəsinə 1 yerdir.

Müsabiqədə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər. Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq, elan dərc edilən gündən etibarən 1 ay müddətində elmi katibliyə təqdim edilməlidir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...