Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 26 oktyabr 2017-ci il tarixində saat 10:00-da Şəmkir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Heydər Əliyev prospekti 5) Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsi ilə əlaqə saxlamaları (əlaqə telefonları: 050-532-55-84, 050-520-48-05, 022-30-7-74-35) xahiş olunur.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə