Prezident İlham Əliyev Qobustana səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 2-də Qobustan rayonuna səfərə gəlib. SİA xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ulu Öndər Heydər Əliyevin Qobustan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov abidənin ucaldığı Heydər Əliyev parkında əhalinin istirahəti üçün görülən işlər barədə məlumat verdi. Burada rayon sakinlərinin və qonaqların istirahəti üçün hərtərəfli şərait var.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...