Bakı-Quba yolu müvəqqəti bağlanıb
Azərbaycanın "N" saylı hərbi hissəsinin silah-sursat anbarında baş verən partlayışla əlaqədar əraziyə yaxın 6 kəndin əhalisi təxliyyə edilib. SİA-nın Şimal burosu xəbər verir ki, təxliyyə partlayış zamanı mərmi qəlpələrinin həmin kəndlərə yayılması ilə bağlı həyata keçirilib.
Həmçinin, əraziyə Xızı, Siyəzən və Şabran rayonlarından 10-dan artıq "təcili yardım" maşını cəlb olunub.
Bakı-Quba yolu bağlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB