Ermənistanın işğa etdiyi Azərbaycan torpaqlarında yaratdığı qondarma qurumu idarə edənlərdən narazılıq edən ermənilərin sayı getdikcə artmaqdadır. Son qərara görə separatçı qurumun rəhbərlərinin istifadə etdikləri dəbdəbəli xidməti maşınların saxlanmasına 350 min dolların ayrılması erməni general Ter-Tadevosyanı da özündən çıxarıb.
General Konfussidən misal gətirərək bildirib ki, kasıb ölkədə varlı yaşamaq utancvericidir: "Həm Ermənistanda, həm də Dağlıq Qarabağda məmurların büdcə hesabına belə dəbdəbəli yaşamaqlarına imkan vermək olmaz. İnsanlar iş olmadığı üçün ölkəni kütləvi şəkildə tərk edir. Bu bizə şərəf gətirmir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB