Azərbaycanda 18 yaşadək rəsmi nikaha girən gənclərin sayı azalıb. SİA-nın rəsmi statistikaya istinadən verdiyi xəbərə görə, 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı isə 3 nəfər olub.
2015-ci ildə belə gəlinlərin sayı 388, bəylərin sayı 3, 2014-cü ildə gəlinlərin sayı 479, bəylərin sayı 2, 2013-cü ildə gəlinlərin sayı 229, bəylərin sayı 2, 2012-ci ildə isə gəlinlərin sayı 295, bəylərin sayı 5 nəfər olub.
2011-ci ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı daha çox - 5138, bəylərin sayı 11 nəfər olub.
2011-ci ildən sonra 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB