Cocuq Mərcanlıya qayıdış Qarabağa Böyük köçün başlanğıcıdır AÇIQLAMA

Cocuq Mərcanlıya qayıdış Qarabağa Böyük köçün başlanğıcıdır AÇIQLAMA

Qurtuluş Günü öncəsi Cocuq Mərcanlı camaatının yeni çəkilmiş yolla büsbütün dəyişmiş qəsəbələrinə qayıtmalarına start verilməsində bir rəmzlik var. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Millət vəkili bildirib ki, Cocuq Mərcanlıya qayıdış onun qurtuluşundan başlandı: “Cocuq Mərcanlıya çəkilən yeni yol, əslində bir Qurtuluşdan o biri Qurtuluşa - Qarabağın Qurtuluşuna, cənab Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan bayrağının Şuşada dalğalanmasına aparan yoldur”.

Sahib Alıyev qeyd edib ki, torpağa bağlılığı ilə seçilənlərdən biri də Oqtay Həziyevdir: "O Oqtay Həziyev ki, Lələ təpə azad olunana qədər 23 il boyunca Cocuq Mərcanlıda düşmənlə üz-üzə yaşayan yeganə ailənin başçısıdır. Prezidentimiz cənab İlham Əliyevin onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməsi Oqtay Həziyev kimi insanların doğma torpağına dərin bağlılığına, vətənpərvərlik hissinin yüksəldilməsində göstərdiyi şəxsi örnəyə verilən dəyərdir".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə