Xəbər verdiyimiz kimi, müğənni Niran Ünsal 8 ildir birgə olduğu, iki uşağının atası İbrahim Ququ ilə nikah masasına oturub. SİA-nın türk mətbuatına istinadən məlumatına görə, Giresundakı mərasimdən sonra cütlük İstanbula qayıdıb.
Medianın qarşısına çıxan N.Ünsal belə deyib: "Ümidimi kəsmişdim, amma bir də gördüm nikah masasındayam. Nikahdan qayıdanda təyyarədə Nihat Hatipoğlu (illahiyatçı) da var idi. Kəbin kəsməsini istədik, istəyimizi geri çevirmədi. 12 min fit hündürlükdə kəbin kəsdirdik".
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB