Əmək Məcəlləsinə əlavələr müzakirə olunub

Əmək Məcəlləsinə əlavələr müzakirə olunub

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsinə əlavələr müzakirə olunub. SİA-nın xəbərinə görə, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib.O bildirib ki, məcəlləyə təklif edilən 5-1 maddəsinə əsasən korrupsiya ilə əlaqədar məlumat verən işçinin hüquqlarının qorunması nəzərdə tutulur. Əlavədə idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat vermiş işçisi barədə intizam tənbehi tətbiq edən idarə, müəssisə və ya təşkilatın intizam tənbehinin qanunla müəyyən edilmiş hallardan irəli gəlməsi və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumata aidiyyəti olmadığının əsaslandırılması nəzərdə tutulur.

Təklif edilən əlavə göstərilir ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumat vermiş işçi attestasiyadan keçirildikdə idarə, müəssisə və ya təşkilatın hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müəyyən edilən müvafiq vəzifəli şəxsi və ya struktur bölməsinin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir.

Layihə səsə qoyularaq qəbul olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə