“Gənclər Kuboku”nun ilk oyunları keçirildi

"İRƏLİ" İctimai Birliyi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "İslam Həmrəyliyi İli" çərçivəsində, 2017-ci ildə keçiriləcək İslam Həmrəylik Oyunlarına dəstək istiqamətində gənclərin idman sahəsinə marağını və təşəbbüsləri artırmaq üçün "Gənclər Kuboku" layihəsini həyata keçirir. SİA-nın verdiyi məlumata görə, "Gənclər Kuboku" Bakı 2017 İslam Həmrəylik Oyunlarına dəstək layihəsi çərçivəsində oynanılacaq 10 idman növünü əhatə edən və müxtəlif gənclər qrupları arasında keçiriləcək idman yarışıdır. Layihənin əsas məqsədi müxtəlif idman oyunları üzrə gənclər arasında turnir keçirərək sağlam həyat tərzini təbliğ etmək, gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsinə şərait yaratmaq və bununla da keçiriləcək yarışlara dəstək nümayiş etdirməkdir.

15-16 aprel 2017-ci illər tarixində 5 müxtəlif oyunlar üzrə yarışlar baş tutmuşdur. Yarışlar atıcılıq, basketbol, futbol, voleybol və səmti müəyyən etmə idmanı üzrə həyata keçirilib.

15 aprel tarixində həyata keçirilən atıcılıq yarışları üzrə nəticələrə görə I yer- İsland, II yer Rixos, III yer- Slavic Jaguars komandaları layiq görülüb. Basketbol yarışları üzrə Paradox-Boomerang, Challangers-Universal, İncomparable-Slavic Jaguars, Dangerous-Black Knights, İsland-İqtisadçı komandaları arasındaki oyunlarda müvafiq olaraq Boomerang, İncomparable, Dangerous, İsland komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

16 aprel tarixində həyata keçirilən səmti müəyyən etmə idmanı yarışı üzrə nəticələrə görə I yer- Black Knights, II yer - İncomparable, III yer - Rixos komandaları layiq görülüb. Futbol yarışları üzrə komandalar arasındaki oyunlarda müvafiq olaraq Texno, Slavic Jaguars, Boomerang, Universal, Rixos, Dangerous komandaları qalib gələrək növbəti mərhələyə vəsiqə qazanmışdır. Voleybol yarışları üzrə isə komandalar arasındaki oyunlarda Texno, Rixos, Paradox və Slavic Jaguars komandaları qalib gələrək ikinci mərhələyə keçib.

Növbəti həftəsonu digər idman yarışları start götürərək layihə çərçivəsində digər oyunlar baş tutacaq.

Qeyd edək ki, adı çəkilən layihənin digər tərəfdaşları aşağıdakılardır: Bakı2017 İslam Həmrəylik Oyunları, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, "Bakı Metropoliteni"Qapalı Səhmdar Cəmiyyəti, "Kitabevim.az" Kitab Marketi, Vinni Kulinariyası, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Atıcıliq Federasiyası, Azərbaycan Stolüstü Tennis Federasiyası və Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...