İsmayıllının qaz təchizatı məhdudlaşdırılır DİQQƏT

İsmayıllının qaz təchizatı məhdudlaşdırılır DİQQƏT

Sabah SOCAR-ın "Qaz İxrac" İdarəsinin magistral qaz kəmərləri sahələrində carı təmir işləri aparılacaq. "Azəriqaz" İstehsalat Birliyindən SİA-ya verilən məlumata görə, martın 1-də saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin balansında olan "Kürdmaşı" qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Təmir müddətində İsmayıllı rayonunun Kürdmaşı, Hacı Həsənli, Aşıqbayramlı, Mollaisaqlı, Qarakolluq və Hafizli kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə