"28 Mall" Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb. Mollun qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir. Mühafizəçilərin bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.
SİA-nın məlumatına görə, "28 Mall" ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.
Qeyd edək ki, elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyan haqqında məlumat verilmir.

virtualaz.org
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB