Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, gömrük baxışı zamanı həmin nəqliyyat vasitəsinin arxa buferində, yük yerində və oturacaqlarının içərisində cəmi 9200 ədəd "Kent" və "Marlboro" markalı siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB