"Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsi təqdim olunub
Bakıda Avropa İttifaqının və Avropa Şurasının "Azərbaycanda penitensiar islahatlara əlavə dəstək" layihəsinin təqaimat mərasimi keçirilir. SİA-nın məlumatına görə, tədbirdə dövlət qurumlarının, vətəndaş cəmiyyətinin, diplomatik korpusların, beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov deyib ki, Azərbaycanın AŞ ilə ilkin əlaqələri Ümummili Lider Heydər Əliyev tərəfindən qurulub, ölkəmiz quruma üzv olduqdan sonra isə əlaqələr genişlənmişdir. O deyib ki, ötən müddət ərzində ölkədə seçki sistemi təkminləşdirilib, məhkəmə sistemi, ədliyyə sistemində islahatlar aparılıb, qanunvericilik AŞ standartlarına uyğunlaşdırılıb. H.Əlixanov qeyd edilən layihənin uğurla başa çatacağına, AŞ Azərbaycan əlaqələrinə töhfə verəcəyinə inamını ifafə edib. AŞ-nın Bakı Ofisinin rəhbəri Draqana Filipoviç bildirib ki, bu çox vacib bir layihədir və hakimiyyətlə əməkdaşlıq şəraitində işlənib hazırlanıb. Aİ tərəfindən də geniş dəstək göstərilir. Layihədə səhiyyə xidmətlərinin və cəzaçəkmə müəssisələrinin idarəolunmasının təkmilləşdirilməsi nəzərdə tutulub. Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard penitensiar sahədə islahat səylərinin davam etdirilməsinin vacibliyini vurğulayıb. O deyib ki, layihə 20 ay üçün nəzərdə tutulub və ona Aİ tərəfindən yarım milyon avro vəsait ayrılıb. Diplomat layihənin nəticələrinin 2018-ci ildən özünü göstərəcəyini vurğulayıb. Daha sonra məhkumlar üçün səhiyyə xidmətlərinin və həbsxansların idarəolunması sahəsində ehtiyacların qiymətləndirilməsi məqsədi ilə Azərbaycanda səfərdə olan AŞ ekspertləri qurumun müvafiq sahələrə dair tövsiyələrinin və prinsiplərinin icmalını təqdim ediblər. Qeyd olunub ki, birgə layihənin əsas məqsədi məhkumlar üçün səhiyyə xidmətlərinin və həbsxanaların idərəolunmasının təkmilləşdirilməsinə ən qabaqcıl Avropa standartlarına və təcrübəsinə uyğun dəstək göstərməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB