68 mindən çox insanın Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib

68 mindən çox insanın Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib

Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq-mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub və məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.

SİA-nın verdiyi xəbərə görə, bu fikirləri Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

Firudin Nəbiyev bildirib ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılacaq. Bir çox ölkələr Azərbaycanın bu sahədəki təcrübəsinə maraq göstərir və qanunvericiliklərində müvafiq dəyişikliklər edərək həmin təcrübəni tətbiq etmək istəyirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə