Türkiyə Hava Yolları saat 00:00 qədər bütün uçuşları təxirə salıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türk Hava Yolları Sabiha Gökçen və Atatürk Hava Limanlarından həyata keçiriləcək 277 daxili və xarici uçuşları təxirə salıb.
Məlumat üçün nəzərinizə çatdıraq ki, "Azərbaycan Hava Yolları" QSC-nin İstanbul-Bakı aviareysi qeyri-müəyyən müddətədək təxirə salınıb. Reys Bakıya saat 17:05-də çatmalı idi. Lakin, İstanbulda davam edən kəskin hava şərtləri ilə əlaqədar Atatürk hava limanından çox sayda uçuş təxirə salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB