Almaniyanın Köln şəhərində Dünya Azərbaycanlıları Assambleyasının təşkilatçılığı ilə "Dünya Azərbaycanlıları Köln Forumu" keçiriləcək.
SİA-nın məlumatına görə, fevralın 4-də keçiriləcək forumun təşkilatçılığı üçün Foruma hazırlıq komitəsi yaradılıb və bu günə qədər 42 ölkədən 250 nəfər tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçib.
Forumda bir çox beynəlxalq qurumların rəsmilərinin, Almaniya siyasi partiyaları, qeyri-hökumət təşkilatları təmsilçilərinin, bələdiyyə rəhbərlərinin, habelə Xarici İşlər Nazirliyinin, Azərbaycan Diaspor Komitəsinin məsul əməkdaşlarının, diplomatik korpusun səlahiyyətli şəxslərinin, parlament üzvlərinin, media təmsilçilərinin iştirakı gözlənilir. Forumun aparıcı moderatoru Soyqırımları Araşdırma Fondunun rəhbəri Sefa Yürükəl olacaq. Tədbirdə "Azərbaycan-Avropa əməkdaşlığının hazırkı durumu", "Cənubi Qafqazda dondurulmuş münaqişələr və Dağlıq Qarabağ məsələsi", "Avropada yaşayan Türkiyə və Azərbaycan qadınlarının milli mübarizədə yeri və rolu", "Mədəniyyətlər və Dinlərarası Dialoq – Tolerantlığın Azərbaycan nümunəsi", "Miqrasiya və inteqrasiya kimi" vacib və aktual mövzular müzakirə ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB