KİV təmsilçilərinin Türkiyə səfəri davam edir FOTOLAR

KİV təmsilçilərinin Türkiyə səfəri davam edir FOTOLAR

Xəbər verildiyi kimi Azərbaycan KİV təmsilçilərinin Türkiyə paytaxtına səfəri davam edir. SİA-nın verdiyi məlumata görə, KİVDF-in təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində media təmsilçiləri Türkiyənin rəsmi təşkilatlarında önəmli görüşlər keçiriblər.

Bu gün KİV nümayəndələri Türkiyә Baş Nazirliyi yanında Yurtdışı Türklər və Qohum Topluluklar təşkilatında qurumun rəhbəri Mehmet Köse ilә görüş keçirilib.

Sonra media kapitanları Türkiyə Böyük Millət Məclisində (TBMM) Türkiyә-Azәrbaycan Dostluq Qrupunun rәhbәri, AKP Adana millәt vәkili Necdet Ünüvarla görüşüblər.

Səfər proqramı davam edir. Məlumat üçün bildirək ki, KİV təmsilçilərinin səfər proqramı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə həyata keçirilir. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Vüqar Əliyev, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov, "Xalq qəzeti"nin baş redaktoru Həsən Həsənov, Fondun Müşahidə Şurasının sədr müavini, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Fondunun Müşahidə Şurasının üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, "Palitra" qəzetinin baş redaktoru Namiq Əliyev, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu, "Bakı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Fondun Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "Mediainfo.az" İnformasiya Agentliyinin baş redaktoru Emin Axundov, "Şərq qapısı" qəzetinin baş redaktoru Tural Səfərov və Fondun aparıcı məsləhətçisi Ramin Kərimli daxildirlər.

Səfər proqramı dekabrın 16-dək davam edəcək. Nümayəndə heyətinin səfər çərçivəsində Türkiyənin rəsmi dövlət qurumlarında, informasiya məsələlərinə məsul olan təşkilatlarda, həmçinin aparıcı KİV-lərin redaksiyalarında görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə