Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyilə reallaşan "Məktəbli Gənclərin Qiraət Müsabiqəsi" layihəsinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçiriliи. SİA-nın verdiyi məlumata görə, konfransı giriş sözü ilə açan layihə rəhbəri Etibar Binnətli Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorunması və inkişafına göstərdiyi hərtərəfli qayğıdan danışaraq, Gənclər Fondunun dəstəyilə reallaşan layihənin məqsədi və məktəbli gənclərin dilə sevgi hissinin artırılmasında bu tipli layihə-lərin əhəmiyyəti haqqında fikirlərini konfrans iştrakçıları ilə bölüşüb.
Sonra layihənin eksperti, yazıçı-publisist Təhmasib Novruzov müsabiqənin mərhələləri. Iştrakçılar qarşısında qoyulan başlıca tələblər, müsabiqə şərtləri və müsabiqədə qiymətləndirmə metodologiyası barədə konfrans iştrakçılarına ətraflı məlumat verib. Qeyd olunub ki, artıq müsabiqədə iştrak etmək istəyəmlərin müraciətləri başlanıb. Müraciətlərin qəbulu 2017-ci il yanvar ayının 10-dək davam edəcək. İlkin seçimdən sonra müsabiqədə iştrak etmək hüququ qazanan məktəblilər münsiflər heyəti qarşısında çıxış edəcək və onların aldıqları qiymətlər əsasında qaliblər müəyyənləşdiriləcək. Qaliblər Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Diplomları ilə mükafatlandırılacaq.
Sonda tədbirdə iştrak edən məktəblilərin, onların valideynlərinin və müəllimlərin sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB