Alman və fransız dillərindən doktorluq imtahanları keçirilib FOTO

Alman və fransız dillərindən doktorluq imtahanları keçirilib FOTO

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi müəssisələrinin doktorant və dissertantlarının alman və fransız dillərindən doktorluq imtahanları keçirilib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, imtahanlar AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 10 noyabr 2016-cı il tarixli "Qış imtahan sessiyasının keçirilməsi haqqında" Sərəncamına əsasən AMEA Mərkəzi Elmi Kitabxanasında baş tutub. Şəffaflığın təmin edilməsi məqsədilə imtahan prosesinə video-müşahidə sistemi vasitəsilə nəzarət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə