Bu gün Bakıda "ABŞ-da təhsil" sərgisinin açılışı olub. SİA-nın məlumatına görə, sərgini ABŞ-ın Azərbaycandakı səfirliyi Beynəlxalq Təhsil üzrə Amerika Şurası ilə birgə təşkil edib. ABŞ-ın Bakıdakı səfiri Robert Sekuta sərgi ilə tanış olduqdan sonra jurnalistlərə açıqlamasında bildirib ki, Birləşmiş Ştatlar təhsil sahəsində dünya lideridir. ABŞ universitetləri ardıcıl olaraq dünyanın ən yaxşı ali məktəbləri sırasına daxil olurlar. Diplomat azərbaycanlı tələbələri sərginin imkanlarından yararlanmağa çağırıb.
R.Sekuta bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ-da 6 mindən çox azərbaycanlı tələbə təhsil alıb. Hazırda isə ABŞ-da 400 azərbaycanlı tələbə təhsil alır: "Bu sərgidə 15 universitetin nümayəndəsi iştirak edir. Müxtəlif təhsil təqaüdləri əldə etmək mümkündür və təhsil üçün maliyyə imkanları da təqdim olunur. Məqsədimiz ABŞ-da təhsil almağı azərbaycanlılar üçün əlçatan etməkdir və ümid edirəm ki, bu imkanlardan istifadə ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB