Paytaxt sakini silahını polisə təhvil verib

Paytaxt sakini silahını polisə təhvil verib

Sabunçu sakini silahını polisə təhvil verib. SİA Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərt verir ki, Sabunçu rayonunun Maştağa qəsəbə sakini Pərviz Əliyev "Makarov" markalı tapançanı, 1 ədəd patron darağını və 4 ədəd patronu könüllü olaraq 14-cü PB-yə təhvil verib. Bundan başqa Bərdə rayon sakini Sənan Əlişov da tapdığı "AKM" markalı silahı, 1 ədəd patron darağını və 14 ədəd patronu könüllü olaraq Zəngilan RPŞ-yə (Abşeron rayonu) təhvil verib.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə