Təhsil Mərkəzi “Multikultural marafon” kampaniyasına start verdi FOTO

Təhsil Mərkəzi “Multikultural marafon” kampaniyasına start verdi FOTO

Gənclər üçün Təhsil Mərkəzi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "Multikulturalizm ili" çərçivəsində Quba şəhərində "Multikultural marafon" adlı kampaniyanın ilk görüşünü həyata keçirilib.

Mərkəzdən SİA-ya verilən məlumata görə, konfransın açılış hissəsində Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, multikulturalizmin nəzəri əsasını liberalizm, xüsusən də liberalizmin azadlıq, bərabərlik kimi dəyərləri təşkil edir:"Bu gün ölkə rəhbərliyi tərəfindən aparılan siyasət assimilyasiya – izolyasionizmə alternativ olan siyasətdir. Sözügedən konfrans region gəncləri adından ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini həmçinin 2016-cı il Azərbaycanda "Multikulturalizm ili"-nə dəstək xarakteri daşıyır".

Konfransda həmçinin Azərbaycan Dövlət Pedoqoji Universiteti Quba Filialının direktoru, professor Əli Allahverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbənin müdir müavini Ramin Xudayev, Gənclər üçün Təhsil Mərkəzinin Quba regional ofisinin rəhbəri İnqilab Fərzəliyev, Quba rayon Gənclər və idman idarəsinin rəisi Mustafa Nöhbalayev, yəhudiləri icmasının, rus icmasının nümayəndələri çıxış edərək multikulturalizmin ən yaxşı modeli olan ölkəmizin inkişafının tarixi reallıqları, həm də müasir dünya sivilizasiyası məkanı və zamanı daxilində Azərbaycanın multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun mərkəzinə çevrildiyini qeyd etdilər.

Xatırladaq ki, konfrans Gənclər üçün Təhsil Mərkəzinin "Multikultural marafon" kampaniyası çərçivəsində həyata keçirəcəyi tədbirlər planının ilkin konfransıdır və yaxın müddətdə digər şimal regionlarında da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə