Erməni əsgərin anası: "Ermənistanda əsgər qalmayacaq"

"Tezliklə hamısını qətlə yetirəcəklər, analar qaraya bürünəcək”
Erməni əsgərin anası: "Ermənistanda əsgər qalmayacaq"

"Ermənistanda əsgər qalmayacaq, tezliklə hamısını qətlə yetirəcəklər". Bunu qeyri-müəyyən şəraitdə qətlə yetirilən erməni əsgərin anası danışıb.

"Mən Bakıya, İlham Əliyevin yanına getməyi düşünürəm və ona demək istəyirəm ki, sizin artıq edəcəyiniz heç nə qalmayıb, çünki ermənilər öz əsgərlərini qətlə yetirirlər" - bunu "Qraparak" qəzetinə müsahibəsində hərbi xidmət zamanı qətlə yetirilən 20 yaşlı əsgər Suren Mosiyanın anası Anjela Mosiyan deyib.

Əsgərin anası istintaq prosesinin aparılmasından və nəticələrindən narazı olduğunu deyib: "Mənim oğlum ay yarım əvvəl öldürülüb. Müstəntiqlər işə obyektiv baxmır, cinayətin səbəbkarlarını tapmaq istəmirlər. Ölümü xəstəliklə əlaqələndirirlər. Ancaq, heç kəs mənə cavab verə bilmir ki, xəstəliyi olan gənc hərbi xidmətə necə çağırılıb? Tezliklə Ermənistanda əsgər qalmayacaq, hamısını qətlə yetirəcəklər. Analar qaraya bürünəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə