Reproduktiv sağlamlıq haqqında qanun layihəsi payızda müzakirəyə çıxarılacaq

Reproduktiv sağlamlıq haqqında qanun layihəsi payızda müzakirəyə çıxarılacaq

"Donorluq vasitəsilə uşaq dünyaya gətirmək İslam qaydaları və əxlaqına uyğun olmadığı üçün Qafqaz Müsəlmanlar İdarəsinin davamlı təklif və müraciətini nəzərə alaraq "Reproduktiv sağlamlıq və ailə planlaşdırması haqqında" qanun layihəsindən cinsi hüseyrələrin donorluğu müddəası çıxarılıb". Bu barədə SİA-ya Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verib.

O bildirib ki, sözügedən qanunda nikahda olan lakin təbii yolla uşaq dünyaya gətirə bilməyən şəxslərin öz hüceyrələri vasitəsilə ekstral-korporal yolla uşaq dünyaya gətirməsi ilə bağlı bütün məsələlər öz əksini tapıb.

Millət vəkili qeyd edib ki, uzun müddətdir, müzakirəsi ləngiyən "Ailə planlaşdırması və reproduktiv sağlamlıq haqqında" qanun layihəsi Milli Məclisin payız sessiyasının gündəliyinə salınacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə