"Galaxy Group" Təhsil Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə 28 may 2016-ci il tarixində Azərbaycanda yerləşən dövlət və özəl ali məktəblərin I, II, III kurs tələbələri arasında "Azərbaycanın ən zəkalı bir incisi" adlı Multikulturalizm və 28 may Respublika Gününə həsr olunmuş Bilik Olimpiadası keçiriləcək. SİA-nın məlumatına görə, olimpiada 2 mərhələdən ibarət olmaqla Azərbaycanda yerləşən dövlət və özəl ali məktəblərin I, II, III kurs tələbələri arasında keçirilməsi nəzərdə tutulub. I mərhələdən ilk 100 yeri tutan iştirakçılar II mərhəldə iştirak edəcəklər. Bakalavrlar http://galaxy-group.info/?option=menu&id_menu=39 linkə daxil olaraq 5 may-21 may müddəti ərzində "Olimpiadada iştirak haqqında elektron ərizə"ni doldurmalıdır. Ərizəni doldurduqdan sonra 23 may-27 may müddəti ərzində bakalavr saytda iş nömrəsi və şifrəsini qeyd edərək buraxılış vərəqəsini əldə edəcək.
Qeyd: Hər iki mərhələdə imtahana tələbələr yalnız şəxsiyyət vəsiqəsi, tələbə bileti, imtahana buraxılış vərəqəsi ilə gəlməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB