Malta və Makedoniya prezidentləri Bakıya gələcək

Aprelin 25-27-də Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu keçiriləcək. Forumda iştirak etmək üçün Maltanın Prezidenti xanım Mari-Luiz Koleyro və Makedoniya Respublikasının Prezidenti George İvanov Bakıya gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısı, 30-a yaxın sessiya keçirilməsi nəzərdə tutulub. BMT SA-nın yüksək səviyyəli toplantısında Bakı Bəyannaməsinin qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...