İƏT erməni təcavüzünü pisləyir

Misirin "Əxbar əl-Youm", "Masris" və başqa nəşrlərinin səhifələrində aprelin 14-15-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda "Ədalət və sülh naminə birlik və həmrəylik" devizi altında keçirilmiş XIII sammitinin yekunları barədə ətraflı material dərc edilib.

Materialda qeyd edilir ki, Sammitin Yekun Bəyanatında İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən prinsipial mövqeyini, torpaqların zorla işğal edilməsinin Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına görə yolverilməz olmasını təsdiq edir, Ermənistanı öz silahlı qüvvələrinin Dağlıq Qarabağdan və Azərbaycan Respublikasının işğal edilmiş digər ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrini tam həcmdə yerinə yetirməyə çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə