Azərbaycanda Dairə Seçki Komissiyası (DSK) sədri vəfat edib. SİA xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-nın sədri Xəqani Vəliyev dünyasını dəyişib.
X.Vəliyevin ailə üzvləri "Report"a bildirib ki, o uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkirmiş. 58 yaşında vəfat edən X.Vəliyev bir neçə dəfə ağır ürək əməliyyatı keçirib. O, Tovuz rayonunda dəfn olunub.
Qeyd edək ki, X.Vəliyev 10 il 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-nın sədri olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB