Qəsəbədə su təchizatı məhdudlaşıb

Qəsəbədə su təchizatı məhdudlaşıb

Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb. Bu barədə SİA-ya "Azərsu" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar 17 mart 2016-cı il tarixdə gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə