Elman Mehdiyev pensiyaçılarla görüşəcək

Elman Mehdiyev pensiyaçılarla görüşəcək

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Salyan rayonunda sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Bildirilib ki, DSM sədri Elman Mehdiyev 16 mart 2016-ci il tarixdə, saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar Dövlət Sosial Müdafiə Fondunun [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34

Salyan rayon şöbəsində (02125) 5-50-61

Şirvan şəhərinin şöbəsində (02121) 5-10-22

Haciqabul rayon şöbəsində (02120) 4-41-31

Neftçala rayon şöbəsində (02126) 3-34-00

Biləsuvar rayon şöbəsində (02529)5-00-22

Qeyd edək ki, qəbulda iştirak edəcək vətəndaşların martın 16-da Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə