Bakı-Şamaxı-Yevlax yolunun Şərədil kəndi ərazisindən keçən hissəsində torpaq sürüşməsi baş verib. SİA xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-nin mətbuat katibi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, bu ərazidə indiyədək heç bir sürüşmə qeydə alınmayıb. Həmin əraziyə çatmamış yolda sürüşmə olub və qarşısı alınıb: "Hadisə yolun bir hissəsində baş verdiyi üçün avtomobillərin hərəkəti məhdudlaşmayıb. Avtomobilər yolun ikinci hissəsində normal hərəkət edir. Martın birində yolda bərpa işləri başlanacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB