2015-ci il yeni iş yerlərinin yaradılması ilə yadda qalıb FOTO

2015-ci il yeni iş yerlərinin yaradılması ilə yadda qalıb FOTO

Göygöldə 2015-ci il yeni iş yerlərinin yaradılması ilə yadda qalıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata əsasən, ötən il Göygöl şəhər Mircəlal Paşayev və Həsən Bəy Zərdabi küçələri əsaslı şəkildə yenidən qurulub, ölkə Prezidentinin Sərəncamı ilə Yeni Zod-Çaykənd-Qarabulaq-Quşçu-Sarısu avtomobil yoluna asfalt örtük salınıb, Böyük Vətən Müharibəsində Həlak olanların xatirəsinə ucaldılan abidə kompleksi müasir formada yenidən qurulub, 10-a yaxın kənddə mədəniyyət evi, 2 yaşayış məntəqəsində məktəb binası üçün yeni bina inşa olunub, eləcə də ehtiyac duyulan evlərin fasda hissəsi və dam örtüyü dəyişdirilib. 2015-ci ilin yekunlarının müzakirə edildiyi hesabat yığıncağında Göygöldə ümumi məhsul buraxılışının həcminin 3,1, sənayenin 2, kənd təsərrüfatının 2,6 dəfə artdığına da diqqət çəkilib. 714-ü daimi olmaqla 832 yeni yeri açılıb. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 sahibkara 1 milyon 495 min manata yaxın güzəştli kredit verilib.

Rayon üzrə orta aylıq əmək haqqın 250 manata yaxın olub. Hesabat İclasında əhalinin qaz, işıq və suya olan tələbatının ödənilməsi istiqamətində görülən işlər, buraxılan nöqsanlarda təhlil edilib. Kəndlərin mavi yancaqla təchizatı istiqamətində işlərin sürətləndirilməsi barədə tapşırıq verilib.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə