"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb. SİA-nın məlumatına görə, təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-da uçmalı idi. Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.
Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə uçuşlarını həyata keçirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB