Yanvarın 22-də iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 106-cı il dönümü münasibətilə Lənkəran qarnizonu zabitlər evi və Həzi Aslanovun ev-muzeyinin birgə təşəbbüsü ilə tədbir keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tədbirdə hərbi hissələrin əsgərləri, məktəblilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əsgərlərə H.Aslanovun uşaqlıq, gənclik illəri və keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verilib. Məktəblilərin iştirakı ilə hazırlanmış kompozisiyada qəhrəmana həsr edilmiş şeirlər səsləndirilib, xatirələr söylənilib.
Muzeyin direktoru Tamara Fətullayeva və muzeyin əməkdaşları qəhrəmanın general S.Mehmandarovla görüşü haqqında əsgərlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.
Sonda əsgərlər Həzi Aslanovun uşaqlıq illərinin yadigarı olan "İnnab" ağacının qarşısında xatirə şəkilləri çəkdiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB