"Erkən yaşlarda nigaha girərərək ana olmaq qızların sağlamlığına ciddi ziyan verir". SİA xəbər verir ki, bu fikirləri UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Andro Şilakadze "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, UNICEF-in Uşaq hüquqları ilə bağlı Konvensiyasında da göstərildiyi kimi 0-18 yaş arası uşaqlıq kateqoriyasına daxildir: "Erkən nigahlara təhsilsizlik, iqtisadi, sosial və digər məsələlər rəvac verir. Azərbaycanın inkişaf tempini nəzərə alsaq, bu kimi hallar ölkənizdə qəbuledilməzdir. Bu konfransla əminəm ki, "erkən nigahlara yox" deyiləcək. Biz konfransdan öncə gənclərlə də konsultasiyalar apardıq. Erkən nigahların baş tutmasından onlar da narazıdır. Azərbaycan parlamentində nikah yaşının 17-dən 18-ə qaldırılması haqqında qanunun qəbulu alqışalayiqdir. UNICEF olaraq gələcəkdə də bu kimi neqativ hallara qarşı mübarizədə Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB