Cəlilabadda QİÇS-lə mübarizə həftəliyi keçirilib

Cəlilabadda QİÇS-lə mübarizə həftəliyi keçirilib

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının İkinci fəsilinin 2.7-ci bəndində əhali, xüsusilə də uşaq və gənclər arasında sağlam ətraf mühit və sağlam həyat tərzninin geniş təbliği, narkomaniyaya, alkoqolizmə aludə olanların, İİV/QİÇS-ə yoluxmuş şəxslərin reablitasiyası üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. SİA-nın Cənub bürosunun məlumatına görə, Milli Fəaliyyət Proqramının müvafiq bəndini əsas tutaraq Cəlilabad Rayon İcra Hakimiyyəti və Ombudsmanın Cəlilabad Regional Mərkəzinin birgə təşəbbüsü ilə 1 dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar "Sağlam gələcək uğrunda HİV/AİDS və narkomaniyaya hamılıqla yox deyək!" şüarı altında Ümumrayon mübarizə həftəsi keçirilib. Tədbirlər planına əsasən noyabrın 24-dən başlayaraq rayonun ayrı-ayrı orta, orta ixtisas və ali təhsil ocaqlarında,idarə və müəssisələrdə, əhalinin asudə vaxtının səmərəliliyi üçün nəzərdə tutulmuş məkanlarda, özəl sektora aid müəssisələrdə silsilə maarifləndirmə tədbirləri keçirilib, əhali arasında HİV/AİDS mövzusunda sosial sorğular aparılıb, stomatoloji kabinetlərə, kişi və qadın gözəllik salonlarına HİV/AİDS-lə bağlı məlumatlar verilməklə çap materialları təqdim edilib, həmçinin sağlam həyat tərzinin təbliği baxımından idman yarışları keçirilib, HİV/AİDS və narkomaniya mövzusunda sərgi təşkil olunub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə