“Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası” FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqın təşkilatçılığı ilə "Hacı Zeynalabdin Şirvani ilə Azərbaycan coğrafiyası olimpiadası" layihəsinin yarımfinal mərhələsi baş tutub. SİA-nın məlumatına görə, layihənin məqsədi tələbələr arasında Azərbaycan coğrafiyasına olan marağın artırılması, coğrafiya sahəsi üzrə yeni biliklərin əldə olunmasından ibarətdir. Layihə çərçivəsində 9 ali təhsil müəsissəsində sinxron olaraq olimpiada keçirilmişdir. Ümumilikdə olimpiadada 1000-dən çox tələbə iştirak etmişdir. Hər təhsil müəsissəsindən ən yaxşı nəticə göstərən tələbələr arasında 2 komanda formalaşacaq və onlar öz universitetlərini finalda təmsil edəcəklər.Final mərhələsi dekabr ayının əvvələrində baş tutacaq.


.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB