Fransalı "hörümçək adam" bu dəfə paytaxt Parisin mərkəzində yerləşən 152 metr hündürlüyündəki "Arien" qülləsinə dırmaşıb. Bunun üçün 54 yaşlı atletə təxminən 40 dəqiqə vaxt lazım olub. Bir sıra böyük qüllələri fəth edən fransalı atlet Alen Rober növbəti dəfə heç bir təhlükəsizlik tədbiri görmədən Parisin mərkəzindəki "Arien" qülləsinə dırmaşıb.
54 yaşlı "hörümçək adam"a 152 metrlik qülləni fəth etmək üçün təxminən 40 dəqiqə vaxt lazım olub. Bəzi mərtəbələrdə bir neçə dəqiqə fasilə verən çılğın idmançı heç bir çətinlik çəkməyib.
Maraqlı nümayişi xeyli sayda insan canlı olaraq izləyib. Polis insanların binaya yaxınlaşmaması üçün təhlükəsizliyə nəzarət edib.
Alen Rober artıq 3-cü dəfədir "Arien" qülləsinə dırmaşır. İlk belə uğurlu cəhd 2009-cu ildə baş tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB