Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Malena Mardın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. SİA-ya verilən məlumata görə, nazir Heydər Əsədov son dövrlərdə kənd təsərrüfatı sahəsində həyata keçirilən institusional, kadr və hüquqi islahatlar barədə geniş məlumat verərək bu islahatların aparılmasında Avropa İttifaqının dəstəyinə görə müqabil tərəfə öz təşəkkürünü bildirib.
Nazir Heydər Əsədov kənd təsərrüfatı sahəsində gələcək inkişaf strategiyasına toxunaraq Avropa İttifaqı tərəfindən dəstək göstərilməsi üçün potensial sahələr barədə məlumat vermişdir. Görüşdə, digər məsələlərlə yanaşı, Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin qurulmasında Avropa İttifaqı tərəfindən göstərilən dəstək, ərzaq məhsullarının təhlükəsizliyi sisteminin gücləndirilməsi, heyvandarlıq məhsullarının bazara çıxışı imkanlarının artırılması məsələləri müzakirə olunub.
Səfir Malena Mard kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlərlə bağlı məmnunluğunu ifadə etmiş və intensiv islahat proqramını təqdirəlayiq hesab edib. Səfir Malena Mard Kənd Təsərrüfatı Nazirliyinin mütərəqqi təcrübə üzrə ehtiyaclarına əsaslanaraq, bir çox sahələrdə ekspert dəstəyinin göstərilməsinə təmsil etdiyi qurumun hazır olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB