Hər il keçirilən ənənəvi yay tədris proqramı çərçivəsində "Schneider Electric" Azərbaycanda ali məktəb tələbələri üçün energetika üzrə təlim kursları təşkil edib. Şirkətin Azərbaycandakı filialından bildirilib ki, bir aylıq yay tədris proqramı çərçivəsində keçirilən kurslara Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Ali Neft Məktəbindən 40 tələbə cəlb olunub.
Təlim kurslarında enerjidən səmərəli istifadə, kommersiya və yaşayış təyinatlı tikintilərdə idarəetmə sistemləri, sənayenin avtomatlaşdırılması, elektrik paylama sistemləri, məlumat mərkəzləri, enerji təchizatı və soyutma sistemləri sahələri üzrə məlumat verilib.
2007-ci ildən qlobal enerji idarəetməsi sahəsində lider olan "Schneider Electric" 6 tədris laboratoriyası qurub. Azərbaycanın texniki universitetlərinin təxminən 600 tələbəsi şirkətin təlim kurslarında iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB