Universitetdə “Bakı - 2015” Avropa oyunlarının təbliğinə həsr olunan konfrans keçirilib FOTO

Universitetdə “Bakı - 2015” Avropa oyunlarının təbliğinə həsr olunan konfrans keçirilib FOTO

Azərbaycan Texnologiya Universitetində "Bakı - 2015" Avropa oyunlarının təbliğinə həsr olunan konfrans keçirilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə universitetin müəllim və tələbə heyəti ilə yanaşı, Gəncə idman ictimaiyyətinin üzvləri də iştirak ediblər. Çıxış edənlər Avropa oyunlarının ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsirindən, Azərbaycanın idman aləmində qazanacağı nüfuzlu yerindən bəhs ediblər. Bildirilib ki, ölkəmizi birinci Avropa oyunlarında təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi müəllimlərdir. Favoritlər sırasında ilk üçlükdə Rusiyanın adı çəkilib. İkinci və üçüncü yerlərin favoritləri isə yarışda iştirak edəcək idmançılarının sayına görə analoji olaraq İtaliya və Azərbaycan hesab edilib. Daha sonra Milli Olimpiya Oyunlarının məşəlinin yandırılması barədə videoçarx nümayiş olunub.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə