Səlim Müslümov: “90 faiz əmək müqaviləsi elektronlaşdırılıb” AÇIQLAMA

Səlim Müslümov: “90 faiz əmək müqaviləsi elektronlaşdırılıb” AÇIQLAMA

"Azərbaycanda əmək müqaviləsi ilə çalışanların demək olar ki, 90 faizindən çoxunun artıq elektron sistemdə əmək müqaviləsi qeydiyyatının aparılması təmin olunub". SİA-nın məlumatına görə, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən əmək yarmarkası zamanı jurnalistlərə verdiyi açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə hazırda əmək müqaviləsi ilə bağlı iki sistem bazası mövcuddur. Hər iki sistemdə ümumilikdə 1 milyon 500 mindən çox aktiv əmək müqavilələri qeydiyyatdan keçib: "Bizdə sistemin iki bazası var, bunlardan biri Azərbaycanın tam ərazisi üzrədir. İkincisi hissəsi isə Azərbaycanın bir hissəsi olan Naxçıvan üzrədir. Bizim mərkəzi bazada 1 milyon 300 minə yaxın əmək müqaviləsi aktiv qeydiyyatdan keçib. Naxçıvandakı əmək müqavilələri də bunun üstünə gəlsək, təxminən 1 milyon 500 mindən yuxarı əmək müqaviləsinin olduğu ortaya çıxır".

Bütün xəbərlər Facebook səhifəmizdə