Əsgərlər vətənə sədaqət andı içdilər FOTOLAR

Əsgərlər vətənə sədaqət andı içdilər FOTOLAR

Dövlət Sərhəd Xidmətinin Horadiz sərhəd dəstəsində gənc əsgərlərin Vətənə sədaqət andı içməsinə həsr olunan mərasim keçirilib. SİA-nın Qararbağ bürosunun verdiyi məlumata görə, andiçmə mərasimində hərbi hissənin şəxsi heyəti və əsgərlərin ailə üzvləri də iştirak ediblər . Təntənəli marşın sədaları altında, hərbi hissənin döyüş bayrağı meydana gətirilib və gənc əsgərlər Vətənə sədaqət andı içiblər. Andiçmə mərasimində çıxış edənlər, əlamətdar gün münasibətilə gənc əsgərləri təbrik ediblər. Həmçinin Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi sayəsində ölkəmizin sərhəd mühafizəsinin ən müasir tələblər səviyyəsinə qaldırıldığı, dövlət sərhədlərinin toxunulmazlığının təmin olunması istiqamətində davamlı inkişafa nail olunduğu nəzərə çatdırılıb.

Digər çıxış edənlər də bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da qazanılan uğurlardan danışaraq Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərlərinə götürən gənc əsgərlərə uğurlar arzulayıblar. Onlara sərhədlərimizi göz bəbəyi kimi qorumağı tövsiyə ediblər.

Tədbir gənc əsgərlərin tribuna önündən təntənəli marş keçidi ilə başa çatıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə