Yevlax rayonunun Gülövşə kəndinə ilk dəfə təbii qaz verilib. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Yevlax rayonunun Gülövşə kəndinə ilk dəfə olaraq təbii qazın verilməsi münasibəti ilə keçirilmiş tədbirdə rayon icra hakimiyyətinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 353 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 39761 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 353 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edənlər kəndə ilk dəfə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB