Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Tələbə Gənclər Təşkilatının Diplomatiya və Araşdırmalar klubunun "Model United Nations" layihəsi baş tutub. SİA-nın məlumatına görə, "Əbədi sülh şəraitində Fələstin dövləti yaradılmalıdır" mövzusunda keçirilən oyunda müsahibə ilə seçilən 20 tələbə iştirak edib. Tələbələr müxtəlif ölkələri təmsil edərək öz mövqelərinə uyğun maraqlı çıxışlar etdilər. İştirakçılar siyasi müstəvidə baş verən prosesləri daha dərindən təhlil edərək sağlam debat mühiti çərçivəsində müzakirələr aparıblar.
Qeyd edək ki, layihə Birləşmiş Millətlər Təşkilatının (BMT) formatında keçirilib. Layihənin keçirilməsinə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı dəstək verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB