Gəncədə binaların zirzəmiləri hansı vəziyyətdədir? SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, müşahidələr göstərir ki, bu gün Gəncə şəhərində çoxmərtəbəli binaların zirzəmilərində vəziyyət qədər də yaxşı deyil. Əksər binaların zirzəmilərində antisanitariyaya qarşı profilaktik tədbirlər vaxtında aparılmır. Bu da nəticə etibarilə zirzəmiləri xəstəlik mənbəyinə çevirir. İstifadə müddətini başa vuran su və kanalizasiya boruları erroziyaya uğradığından zirzəmilər su ilə dolur və bu da sonradan ciddi problemlərin yaranmasına şərait yaradır. Binaların zirzəmilərində dezinfeksiya işlərinin aparılması Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi ilə şəhərin Dezinfeksiya Stansiyası arasında imzalanan müqavilə əsasında həyata keçirilir. Birliyin baş mühəndisi İsmayıl Daşdəmirov deyir ki, bu istiqamətdə iş aparılır. Mövsümlə bağlı təxminən 30-a yaxın çoxmərtəbəli yaşayış binasının zirzəmisində dezinfeksiya işləri həyata keçirilib.
Dezinfeksiya Stansiyasının şöbə müdiri Arif Məmmədov bildirib ki, bu iş elə sakinlərin müraciətləri əsasında da aparılır. Ümumilikdə Gəncədə 800-dən artıq çoxmərtəbəli yaşayış binası mövcuddur. Bu binalarda zirzəminin təmiz saxlanılması dövlət idarələri qədər vətəndaşların da üzərinə təmizlik və sağlamlıq baxımından məsuliyyət qoyur.





İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB